BölgəDünya

Yair Lapid: “İsrail hərbçilərinə İranla istənilən ssenariyə hazır olmaq əmri verilib”

MOSSAD rəhbərinin gələn həftə Amerikaya səfəri ilə bağlı xəbərlərlə eyni vaxtda İsrailin baş naziri Yair Lapid deyib ki, Amerika etibarlı hərbi təhdid olmadan İranla yaxşı razılaşma əldə etməyəcək.

İsrail Baş naziri Yair Lapid İsrail Müdafiə Ordusuna və kəşfiyyat xidməti MOSSAD-a İran ətrafında situasiyanın istənilən inkişaf ssenarisinə və mümkün nüvə razılaşmasına hazır olmağı tapşırıb.

Baş nazir qeyd edib ki, amerikalılar, bütün dünya bunu başa düşür və İsrail cəmiyyəti də bunu bilməlidir.

“Bu, pis razılaşma idi. Bu razılaşma hələ 2015-ci ildə imzalananda pis razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”-deyə, o, bir daha İsrailin İranla yeni nüvə razılaşmasına qarşı olduğunu da xatırladıb.

Y. Lapid İsrail üçün əsas prioritetin İranla yeni nüvə razılaşmasına qarşı çıxmaq olduğunu vurğulayıb və İsrailin ilk gündən Amerika ilə strateji münasibətlərinə ziyan vurmadan bütün gücü ilə bu razılaşmaya qarşı mübarizə apardığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button