Azərbaycanİran

8 milli fəal Ərdəbil zindanında qeyri-müəyyən şəraitdə saxlanılır

Ərdəbildə təhlükəsizlik məmurları tərəfindən tutulan və ETTELAAT təcridxanasında dindirildikdən sonra Ərdəbil zindanına köçürülən fəallar qeyri-müəyyən şəraitdə saxlanılır.

Ailələri bildirib ki, Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsinə çoxsaylı müraciətləri cavabsız qalıb.

Əsgər Əkbərzadə, Meysəm Colani, Səid Sadiqifər, Yusif Kari, Məhəmməd Colani, Firuz Moini, Səccad Qane müqəddəm və Yaşar Əkbərzadənin ailələri Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq bölməsin müstəntiqi Kamyar Səlimzadə təhlükəsizlik qurumlarının göstərişi ilə fəalları barədə məhkəməyə qədər azadlığa buraxılma qərarını imzalamaqdan imtina edir.

Adı çəkilən fəallar “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq, toplaşmaq və hökumətə qarşı təbliğat”da ittiham olunduqdan sonra Ərdəbil zindanının hərbi bölməsinə köçürülüblər.

İranda baş verən və davam etməkdə olan etiraz aksiyaları zamanı Ərdəbil şəhərində 200 nümayişçi saxlanılaraq ETTELAAT təcridxanası və Ərdəbil zindanına köçürülüb.

Onların bir çoxu saxlanıldıqları zaman aır şəkildə döyülüb və bədən xəsarətləri alıblar.

Hazırda 200 etirazçının bir çoxu girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, bir sıra insan haqları qurumları Ərdəbildə həbs edilənlərin sayının daha çox olduğunu, ancaq onların hamısının kimliyinin həələlik dəqiqləşdirilə bilmədiyini bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button