
Bu barədə yerli fəallar məlumat və videolar yayıblar.
Tətil aksiyası, 30 sentyabr 2022-ci ildə hökumət məmurlarının etirazçılara atəş açması nəticəsində 103 nəfərin ölümünün ildönümü ilə bağlıdır.
Qeyd edək ki, 30 sentyabr 2022-ci ildə bəluclar polis komandirinin 15 yaşlı qıza təcavüz etməsinə və cəzasız qalmasına görə etiraz aksiyası keçiriblər. Hökumət məmurlarının atəşi nəticəsində 13-ü uşaq olmaqla, 103 nəfər ölüb, 300 nəfər isə yaralanıb.