“France Presse” xəbər verir ki, Zelenski belə bir bəyanatla G20 sammiti ilə bağlı videomüraciətində çıxış edib.
O, əsirlərin “hamının hamıya” prinsipi ilə mübadiləsini təklif edib.
Bundan əvvəl Ukrayna lideri bir sıra şərtlər irəli sürmüşdü. Zelenskinin yeni tələbləri Zaporojye AES-də “radiasiya təhlükəsizliyinin” bərpası, Rusiyanın enerji resurslarına qiymət məhdudiyyətinin tətbiqi və taxıl müqaviləsinin genişləndirilməsi olub. (modern)