“XXI əsrdə Avropada bir insanın faktiki olaraq açıq şəkildə edam edilməsi cəhdinə qarşı hələ də mübarizə aparmalı olmağımızın özü biabırçılıqdır”, – Zelenski tviter hesabında qeyd edib.
“Onun həyatı üçün təhlükə olduğunu nəzərə alaraq, mən Gürcüstanın hakimiyyət orqanlarını Avropa insan hüquqlarının müdafiəsi normaları üzrə öhdəliklərini yada salmağa, sui-istifadəyə son qoymağa və Mixeili azad etməyə çağırıram!
Mən dünyanı Mixeilin həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıram”, – Ukrayna lideri vurğulayıb.
Zelenski Saakaşvilinin fotolarını da paylaşıb.
Qeyd edək ki, bir neçə gün əvvəl də Saakaşvili də başına gələnlərin Ukrayna lideri üçün mesaj olduğunu bildirib. “Mənim başıma gələnlər Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq “mesaj”dır, – sabiq prezident deyib. (report)