Dünya

“ZELENSKİ MÜHARİBƏNİ BİTİRMƏYƏ HAZIRLAŞIR” – “Qərb liderlərinin Kiyevə təzyiqi artıb”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlarda mövqeyini yumşaltmağa və müharibənin başa çatdırılımasına hazırdır.

“Aznewstv” xəbər verir ki, bunu “Bloomberg” nəşri Ukrayna ilə Qərb liderləri arasında gedən danışıqlardan məlumatlı olan mənbələrə istinadla yazıb.

Mənbə nəşrə bildirib ki, Zelenskinin təklif etdiyi “Qələbə planı” Vaşinqtonda soyuq qarşılanıb: “Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların şərtlərini müzakirə etməyə və müharibəyə son qoymağa hazırdır. ABŞ rəsmiləri Kiyevdən gələn il üçün ehtiyac duyduğu hərbi texnika, sənayenin inkişafına yardım və maliyyə dəstəyi də daxil olmaqla, “yol xəritəsi”ni hazırlamağı xahiş ediblər. Ukrayna Prezidenti planın detalları üzərində işləmək üçün Vaşinqtona köməkçilərini göndərib”.

 

 

Nəşrin yazdığına görə, Qərb müttəfiqləri müharibəni bitirmək üçün konkret planın hazırlanması tələbilə Kiyevə təzyiqləri artırıblar. Yüksək rütbəli məmur “Bloomberg”-ə bildirib ki, Kiyev öz planının bütün təfərrüatlarını hələ açıqlamadığına görə, Ukrayna rəsmiləri onlara növbəti manevrlər üçün yer yaradacaq strateji qeyri-müəyyənlik elementindən istifadə edə bilərlər.

Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqlarla tanış olan nəşrin digər həmsöhbətinin fikrincə, atəşkəs danışıqları zamanı ABŞ-dən etibarlı ikitərəfli təhlükəsizlik zəmanətinin alınması əslində, Kiyevin NATO-ya üzv olması demək olacaq. Eyni zamanda o, qeyd edib ki, Moskva Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinədir və buna görə də bütün tərəfləri danışıqlar masasına oturtmağa hansı formulun kömək edəcəyi bəlli deyil.

Xatırladaq ki, rəsmi açıqlamalarında Volodimir Zelenski 1991-ci il sərhədlərinə qayıtmağı və Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını ehtiva edən “Sülh formulu”nun həyata keçirilməsində israrlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button