Azərbaycan

Şərqi Azərbaycan və Ərdəbildə çox sayda kənd ətraf aləmdən təcrid olub

Güclü qar səbəbindən Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində çox sayda kəndin yolu bağlanıb və on minlərlə insan ətraf alımdən təcrid olunub.

Bu barədə Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarələri məlumat yayıb.

Məlumatda Ərdəbil əyalətində 250 kəndinin, Şərqi Azərbaycanın Əhər bölgəsində isə 40 kəndin yolunu açmaq mümkün olmadığı deyilir.

İdarə məsulları bunu güclü və davamlı qar yağması ilə əlaqələndirsə də, yerli sosial media istifadəçiləri yolların açılması üçün yetərli texnikanın olmadığını, cəlb olunan texnikaların isə çoxunun yararsız olduğunu yazırlar.

Ərdəbil əyalətinin Germi şəhərinin fərmandarı Hüseyn Molayi mediaya verdiyi açıqlamada 150 kəndin yolunun tamamilə bağlandığını deyib və sürücülərdən yola çıxmamağı xahiş edib.

Related Articles

Bir cavab yazın

Back to top button