Azərbaycanİran

Urmiyada Savalan adına olan park lövhəsi götürülüb

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində yerləşən "Bustani savalan" parkının lövhəsi sökülərək götürülüb.

Bu barədə yerli media fəalları məlumat və fotolar yayıblar.

Bildirilib ki, Savalan adına lövhənin götürülməsi ETTELAAT-ın yerli bölməsinin Urmiya bələdiyyəsinə tapışırığı əsasında həyata keçirilib.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Urmiya Şəhər Şurasında keçirilən toplantıda şəhərdə türkcə yer adlarının qoyulması və bərpasına etiraz edilib.

Şəhər Şurasının qeyri-türk üzvlərinin “Yaşıl bağ” parkının adının türkcə qoyulmasından narahatlıqlarını bildirmələri Şəhər Şurasının komissiya üzvü Gülşən Novruzinin etirazına və şura üzvləri arasında mübahisəyə səbəb olmuşdu.

#Urmiya

Related Articles

Bir cavab yazın

Back to top button