Dünyaİran

Belçika İrana səsləndi: “Vətəndaşımızı azad edin”

Belçikanın Xarici İşlər naziri Haca Ləhbib martın 21-də sosial media hesabında etdiyi paylaşımda İranda həbsdə saxlanılan belçikalı barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanla danışdığını deyib.

“İranlı həmkarım Hüseyn Əmir Abdullahyanla telefonla danışdım. Mən bir daha əsassız həbsləri pislədim.

Həmyerlimiz Oliviyer Vandekasteli tezliklə azadlığa buraxılmalı və onun saxlanma şəraiti yaxşılaşdırılmalıdır. O, həbsdən buraxılmayana qədər biz təzyiqi davam etdirəcəyik”-XİN başçısı yazıb.

Qeyd edək ki, 41 yaşlı yardım işçisi Oliviyer Vandekastel beynəlxalq xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur və  missiyasını başa vurduqdan sonra 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib

Ona qarşı “başqa ölkənin xeyrinə casusluq”, “çirkli pulların yuyulması”, “valiyuta qaçaqmalçılığı” və “düşmən Amerika dövləti ilə əməkdaşlıq” ittihamları irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button