“Əl-Qaidə”nin İranda gizlənən bir sıra liderləri buradan teror şəbəkəsinə nəzarət edirlər”. Bu fikirlər Amerikanın Savunma İttilaatı ajansının açıqlamasında yer alıb. Burada “Əl-Qaidə”nin başçısı Ayman əz-Zəvahirinin hələ də İranda gizləndiyi diqqətə çatdırılıb. Keçən ilin novambrında “New York Times” qəzeti dörd bilgili qaynağa istinadən bildirib ki, Tehran xiyavanlarından birində “Əl-Qaidə”nin iki nömrəli adamı Əbu Məhəmməd əl-Misri ilə qızı öldürülüb. Bunun İsrailin əmniyət məmurları tərəfindən Amerikanın istəyi ilə həyata keçirildiyi açıqlanıb. İran Dış İşləri Baxanlığı isə bu xəbəri danıb. Novambrın 16-da isə “Associated Press” ajansı Əbu Məhəmməd əl-Misrinin Tehranda öldürülməsini təsdiqləyib. Qeyd edilib ki, Amerikanın əmniyət servisləri Əbu Məhəmməd əl-Misri barədə israillilərə bilgi veriblər.