İran

Ərdəbildə azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi ilə posterlər yayıldı

Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar noyabrın 8-də azərbaycanlı siyasi məhbuslar Əlirza Fərşi və Vədud Əsədiyə azadlıq tələb ediblər.

Azərbaycanlı fəallar bunun üçün Əlirza Fərşi və Vədud Əsədinin çox sayda posterlərini şəhər divarlarına və ictimai yerlərə yapışdırıb, bu siyasi məhbuslara azadlıq istədilər. Beləliklə, həm də azərbaycanlı fəalların qanunsuz həbsinə diqqətin yönəldilməsi nəzərdə tutulub.

Bildirək ki, İranın hökumət qüvvələri oktyabrın 30-da Gilan əyalətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin evinə hücum ediblər.

Rejim qüvvələri Vədud Əsədini tutaraq ona aid kompüteri, eləcə də mobil telefonu müsadirə ediblər. Onlar habelə azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin muzdurları tərəfindən həbs olunub və ya təhdidlərə məruz qalmışdı.

Azərbaycanlı fəal İkinci Qarabağ savaşı zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə tutulmuşdu.

Başqa azərbaycanlı fəal Əlirza Fərşi isə 2014-cü ildə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharıstan şəhərində “Dünya Ana Dili Günü” məraisminə qatıldığı üçün həbs olunmuşdu. O, “milli əmniyətə qarşı qrup və təşkilatalara üzv olmaq” ittihamı ilə Tehran Təcdidenəzər Məhkəməsinin 54 saylı bölməsi tərəfindən iki il həbs və iki il sürgün cəzasına məhkum edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button