Azərbaycanİran

Ərdəbildə Qacarlar dövrünə aid memarlıq nümunəsi məhv olmaqdadır

Ərdəbil şəhərinin "Üç dükan" məhəlləsində yerləşən və Qacarlar dövrünün ilk illərinin memarlıq nümunələrindən olan tarixi "Xadimbaşı evi" dağılmaq üzrədir.

Bina 16 oktyabr 2004-cü ildə İranın Tarixi Abidələrin Qeydiyyat İdarəsi mütəxəssislərinin razılığı ilə ölkənin milli abidələri siyahısında qeydə alınıb. Buna baxmayaraq, təmiri, bərpası və qorunması üçün vəsait ayrılmadığına görə tarixi ev dağılmaq üzrədir.

Tarixi bina Şeyx Səfiyyədin Ərdəbili məqbərəsinin xidmətçisinə məxsus olduğu üçün “Xadimbaşı” adlanıb. Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ərdəbil əyalətində onlarla tarixi abidə bu vəziyyətə düşüb. Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button