Azərbaycan

Beş rayonda partlamamış hərbi sursatlar zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə 7-9 dekabr tarixlərində Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə 30 müraciət daxil olub. Çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 20 ədəd partlamamış hərbi sursat, 1 ədəd bombacıq, 18 ədəd tank əleyhinə mina, 40 ədəd piyada əleyhinə mina, 54 ədəd tank əleyhinə minanın partladıcısı və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 9 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button