AzərbaycanDünya

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda məktub ünvanlayıb.

Prezident məktubda Səudiyyə Ərəbistan Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu və xalqı təbrik edib və səmimi arzularını çatdırıb.

“Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram”- məktubda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button