İran

İran Əsəd rejimini yenə də dəstəkləyəcək

İran Prezidenti Həsən Ruhani Suriyanın Xarici İşlər vəziri Feysəl Meqdadla görüşdə Tehranın Bəşər Əsəd rejiminə dəstəyinin davamlı olacağını açıqlayıb. Bu barədə İran Prezidentinin rəsmi saytı məlumat yayıb. Həsən Ruhani bildirib ki, İran Suriya hökumətini və xalqını stratejik müttəfiq olaraq dəstəkləmək əzmini və iradəsini davam etdirəcək. Habelə son qələbəyədək Suriyanın yanında olacağını ifadə edib. İran prezidenti Suriya böhranının həll edilməsi üçün Astana prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
“İran siyasi cəhətdən də hər zaman Suriya hökumətinin yanında olacaq və bu baxımdan, Astana prosesini Suriyanın mənafeyinin və ərazi bütövlüyünün qorunması üçün faydalı hesab edirəm. Bu məsələ ilə ciddi şəkildə məşğul olunacaq”, – deyə İran Prezidenti bildirib.
Qeyd edək ki, İran hakimiyyəti 2011-ci ildə Suriya böhranı başladığı vaxtdan etibarən davamlı olaraq həm siyasi, həm iqtisadi, həm də nizami cəhətdən Suriya diktatoru Bəşər Əsəd rejimini dəstəkləyib. Belə ki, narazı Suriya xalqı dəfələrlə Əsədin hakimiyyətdən getməsini tələb etsə də, buna müvəffəq ola bilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button