“Aznews tv” xəbər verir ki, o, öz “Twitter” hesabında ingiliscə paylaşımında yazıb: “Rəngindən, dinindən və irqindən asılı olmayaraq, nə adla olursa olsun, insanların öldürülməsi, didərgin salınması və onların öz müqəddəratını təyinetmə hüququnun tapdalanması qəbuledilməzdir. Xanım Ancelina Colinin Yəmən xalqı qarşısında məsuliyyət hissi təqdirəlayiqdir”.
Ancelina Coli iki milyon Ukrayna vətəndaşının öz yurd-yuvalarından didərgin düşməsinin ardından Yəmənə səfər edərək, dünya ictimaiyyətini yeni müharibənin başlanması səbəbi ilə əvvəlki müharibələrin qaçqınlarını unutmamağa çağırıb.
Xatırladaq ki, bu, Əhmədinejadın Ancelina Coli ilə bağlı ilk paylaşımı deyil. Bundan öncə 2020-ci ilin sentyabrında Mahmud Əhmədinejad Coliyə xitabən yazmışdı: “Dünyada fundamental ayrı-seçkiliyin mövcudluğu ilə bağlı mövqeyinizlə razıyam. Ayrı-seçkilik, yoxsulluq, müharibə və təhlükənin mövcudluğu hakimiyyətə can atmaq və hegemonluğa əsaslanan hazırkı idarəçiliyin məhsuludur. İnsan cəmiyyətinin hörmətə, dialoqa, əməkdaşlığa və dürüstlüyə ehtiyacı var. Hamımız dünyadakı mövcud vəziyyəti düzəltmək üçün birlikdə çalışacağıq”.