Bölgə

Menəşe Əmir: İsrailin İranın nüvə proqramını məhv etmək üçün üslubu dəyişib

İsrailli jurnalist Menəşe Əmir "Iran International" telekanalına qısa müsahibəsində İsrail müdafiə nazirinin İranla müharibə ehtimalı ilə bağlı son açıqlamalarına münasibət bildirib.

İsrailli jurnalist Menəşe Əmir “Iran International” telekanalına qısa müsahibəsində İsrail müdafiə nazirinin İranla müharibə ehtimalı ilə bağlı son açıqlamalarına münasibət bildirib.

“Aznews tv” xəbər verir ki, o, bu barədə deyib: “Yekun məqsəd dəyişməyib. Dəyişən şey Amerika ilə qarşılıqlı əlaqə və koordinasiya şəklində həyata keçirilən eyni məqsədə gedən yollardır”.

Bu açıqlamalar İran rejiminin Şimali İraqın Kürd Muxtariyyəti bölgəsində İsrailin kəşfiyyat bazasına iddia etdiyi hücumundan bir gün sonraya təsadüf edib.

Mütəxəssislərin fikrincə, İranın bu iddiası yalandır və Sepahın əsas məqsədi Ərbil şəhərində Amerikanın yeni konsulluq binasına zərər yetirmək olub.

Xatırladaq ki, İsrailin müdafiə naziri Beni Qantzın ehtiyat qüvvələrinin generalı dünən bildirib ki, İran rejiminə qarşı əməliyyatlar ehtiyatlı və ardıcıl aparılmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button