İran

Əhvazda SEPAH zabiti öldürülüb

Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitinin naməlum silahlılar tərəfindən güllələndiyi bildirilir.

Əhvazın Umidiyyə bölgəsində “Sepah” bölmələrindən birinin komandiri olduğu deyilən Müslim Tağızadənin yoxlama postunda baş verən silahlı qarşıdurmada öldürüldüyü qeyd olunub.

Qeyd edək ki, mayın 12-dən 13-ə keçən gecə başda Xuzistan olmaqla İranın bir neçə əyalətində etiraz aksiyaları genişlənib.

Bir neçə şəhərdə “Sepah” məmurları və xüsusi qüvvələrin əhaliyə atəş açdığı, bir neçə nəfərin ağır yaralandığı birdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button