İran

Əkbər Fəthi kənd təsərrüfatının inkişaf etdirilməsi yollarından danışıb

“2 illik nizami xidmət müddətində əsgərlərə müxtəlif sahələr üzrə biliklərin aşılanması tərhinin hazırlanması önəmli tərhdir. Tərh vasitəsilə onlar sonrakı yaşamlarını təmin edə biləcəklər”. Bu fikirləri Doğu Azərbaycanın Cahad Kişavərzi Sazmanın rəisi bildirib. Əkbər Fəthi əkinçiliyin gəlişdirilməsi məqsədilə Təhsil İdarəsi və müvafiq qurumların əməkdaşlıq etməsəni önərib. Hər bir şagird və əsgərin öyrəndiklərini öz ailələrinə ötürməsi nəticəsində əkinçiliyin gəlişməsinə şərait yaranacağı bildirilib. Qurum rəsmi əkin bölməsi üzrə təhsil alan şəxslərdən də söz açıb. “Təhsil sistemi ancaq nəzəriyyəni üstün tutur. Təhsilsiz əkinçilərin bilik, bacarıq və təcrübələri əkin üzrə təhsil alan şəxslərdən daha yüksəkdir. Əkin İdarəçiliyi Sisteminə və təhsilinə yenidən baxılmalıdır. Çünki toplumun ərzaq təminatı onlardan asılıdır”,-deyə Cahad Kişavərzi Sazmanın rəisi diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button