Azərbaycan

Azərbaycan və Qazaxıstan İşgüzar Şuranın yaradılmasını müzakirə edir

Bakıda Qazaxıstan və Azərbaycanın işgüzar dairələri arasında görüş keçirilib. Bu barədə Qazaxıstanın “Xabar 24” televiziyası məlumat yayıb.
2020-ci ildə karantin məhdudiyyətləri ilə əlaqədar Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 37%-dək azalıb.
Görüş iştirakçıları qeyd ediblər ki, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması biznes əlaqələrinin genişləndirilməsinə kömək edəcək.
“Bakı limanının ticarət dövriyyəsi təxminən 5 milyon tona çatıb. Bunun 1,7 milyon tonu Qazaxıstanla ticarət dövriyyəsinin payına düşür (artım 17%). Pandemiyaya baxmayaraq, məhz bu sektorda çox böyük artım var. Ümid edirik ki, Çindən Şərq-Qərb dəhlizi vasitəsilə tranzit də artacaq”, – deyə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Taleh Ziyadov bildirib.
Tərəflər Bakı, Aktau və Kurık dəniz limanlarının rəqəmsallaşdırılması üzərində fəal işləyirlər. Görüşdə, həmçinin yükdaşımalar üçün vahid tarifin müəyyənləşdirilməsi və “Şərq-Qərb-Şərq” dəhlizinin imkanlarının şaxələndirilməsi ilə bağlı təkliflər də səsləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button