Azərbaycanİran

Əkbər Nəiminin azadlığa buraxılması ilə bağlı BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına müraciət edilib

Azərbaycan İnsan Haqları Mərkəzi milli fəalın sərbəst buraxılması ilə bağlı beynəlxalq quruma müraciət edib.

Adı çkilən qurumun sosial media hesabında yayılan məlumata görə, Tehranın Evin zindanının 4-cü bölməsində saxlanılan milli-mədəni fəal Əkbər Nəiminin həbsi ilə bağlı ittihamların saxta olduğu qeyd olunub və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığından onun dərhal azadlığa buraxılması üçün Tehran hökumətinə təzyiq göstərməsi istənilib.

Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib. Məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi yanvarın 22-i 2021-ci ildə çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılmış, sonra 200 milyon tümənlik girov qarşılığında Evin həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan” dərnəyinin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.

Related Articles

Bir cavab yazın

Back to top button