Dünya

BEYNƏLMİLƏL ƏFV TƏŞKİLATI VİCDAN MƏHBUSLARINA AZADLIQ İSTƏYİB

Beynəlmiləl Əfv Təşkilatı bütün əqidəti məhbusların dərhal azad edilməsini istəyib.

Beynəlmiləl Əfv Təşkilatı bütün əqidəti məhbusların dərhal azad edilməsini istəyib.
Qurum koronavirusun yayıldığını nəzərə alaraq, bütün dövlətləri vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
Açıqlamada, adıçəkilən təşkilatın indi “əqidəti məhbus” olaraq bəlli etdiyi 150-dək şəxsin azad olunması üçün təbliğat apardığı vurğulanıb.
“Amnesty İnternational” Təşkilatının kəmpeynlər üzrə müdiri Sauro Oskarpelli, koronavirus səbəbindən bütün dünyada məhbusların vəziyyətinin nigaran edici olduğunu deyib. O artırıb: “ Dövlətlər dəmir milələr arxasında qalan bütün məhbusları qorumaq üçün dərhal tədbirlər görməlidir, yalnız öz haqlarından dinc şəkildə istifadə etdikləri üçün həbs edilmiş bütün şəxslər azad olunmalıdır”.
Sauro Oskarpellinin sözlərinə görə, əqidəti məhbuslar heç bir cinayət törətməyib. Korona böhranının getdikcə xətərli hal almasına baxmayaraq, bu məhkumlar hələ də həbsdə saxlanılır.
Beynəlmiləl Əfv Təşkilatının azad etməyə çalışdığı 150 nəfərdən başqa, daha minlərlə şəxsin də eyni vəziyyətdə ola biləcəyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button