İran

Ələhvazda işməli su problemi var

Ələhvaz ustanında 800 kənd davamlı içməli sudan məhrumdur. Bununla bağlı Ələhvazın millət vəkili Moctəba Yosefi məlumat verib. “Bu, ustanda 5 böyük sədd və 7 çay olduğu halda baş verir”, – deyə bildirib.
O, su müşkülünü həll etmək üçün Milli toseə sandığından 100 milyon dolar vəsaitin ayrılmasına toxunub. “Amma hələ bu məbləğ təmin olunmayıb”, – deyə əlavə edib.
Ələhvaz nümayəndəsi, İranın Büdcə Təşkilatı, etibarları tümənə çevirmək üçün bir yoronu 10 min tümən məzənnəsindən hesablayır. Bu da Nima saytında yoro məzənnəsinin “daha yüksək” olduğunu göstərmək üçündür.
İlk addımda büdcənin 50 milyon yoro veriləcəyi nəzərdə tutulmuşdu. Ancaq dövlət hər yoronu 10 min tümənlə hesabladıqda, o zaman büdcədən 800 milyard tümən azalacaq.
Xatırladaq ki, son bir ildə ələhvaz kəndlərində su böhranı dəfələrlə gündəmə gətirilib. Bu ilin xordad ayında Əhvazdan 45 km məsafədə olan Qeyzaniyə sakinləri vəziyyətlə bağlı etiraz etmək üçün toplaşmışdılar. Amma polislin zorakılığı ilə qarşılaşmışdılar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close