İran

Əl – Əhvaz Əyalətinin şəhərlərində su çatmazlığına etiraz ikinci gecə də davam edir

Əl – Əhvaz Əyalətinin müxtəlif şəhərlərinin əhalisi ardıcıl olaraq ikinci gecədir ki, bu əyalətdə su çatmazlığına, hökumətin Əyalətə su-çatdırma tərhlərinin icra olunmadığına və bununla da Əyalətin əhalisinin köçməyə məcbur etməyə qarşı etiraz təzahuratı keçirir. Əl – Əhvaz millətinin etirazlarının ikinci gecəsində Həmidiyyə, Məşur, Xəfaciyyə, Şuş, Şadqan şəhərlərinin, eləcə də Əhvaz şəhəri Kanteks və Eyn – Do bölgələri, habelə ayrışəhərlərin əhalisi də etirazlara qoşularaq xiyavanlara axışıb, Hüveyzə və Rəfi şəhərlərinin əhalisi də etirazlara qoşulub.

Xəfaciyyədə ikinci gecə etirazlarda Heyhat Mennə Zillə (zillətə baş əymərik) və “məcburi köçdürməyə Yox” şüarları səsləndirilib. Əl -Əhvazın ustandarı Qasım Süleymani Dəştəki isə təzahuratın olmadığını deyib. Amma, etirazçıların biri təzahuratdan video görüntü paylaşmaqla bildirib ki, “təzahuratın olmadığını deyən ustandar, bax təzahuratı gör”. Buna oxşar çoxlu videolar da ictimai şəbəkələrdə paylaşılıb.

Etirazçılar ikinci gecə Əyalətin bəzi xiyavan və şəhərlər arası yollarını o cümlədən Əhvaz – Şuş yolunu təkər odlamaqla bağlayıb. Əmniyyət və polis quvvələri Əhvaz – Şuş yolunun bağlanması ilə etirazçılara göz yaşardıcı qaz ilə güllə atəşi açıb. Göz yaşardıcı qaz atılması nəticəsində bir uşaq yaralanıb. Habelə bildirilir ki, etirazçılardan bəzisi yaralanıb və bir nəfər də məmurların bir başa güləsi ilə ölüb. Özəl alay niruları, təchizat və təhlükəsizlik məmurları etirazları susdurmağa Əl – Əhvazın şəhərlərinə göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button