![](https://www.aznews.tv/wp-content/uploads/2020/07/4bvb8ae6cbda3d1oqnb_800C450-780x450.jpg)
Minlərlə iraqlı Bağdaddakı evinin qarşısında silahlılar tərəfindən öldürülən əmniyət məsələləri üzrə təhlilçi Hişam əl-Haşiminin öldürülməsinə etiraz ediblər. Etiraz zamanı İran rejiminin daxili işlərinə qarışmasından qəzəb və nifrət bildiriblər. “Xameneyi qatildir” şüarları səsləndiriblər.
Etirazçılar həmçinin əllərində Hişam əl-Haşiminin görüntülərini və dişlərindən qan tökülən Əli Xameneyinin bənerlərini qaldırıblar.
Burada etirazçılar iraqlıların “Asaib əl-batil” adlandırdıqları “Asaib Əhl əl-Həq” və Əl-Haşimini öldürməklə hədələyən İraqın “Hizbullah” kimi yaraqlılarını nəzərdə tutublar.
İraqlı siyasi və əmniyət məsələləri üzrə təhlilçilərin əksəriyyəti İraqda fəaliyyət göstərən İran amilləri Hişam əl-Haşimini öldürməkdə ittiham ediblər.
Xatırladaq ki, Əl-Haşimi, sui-qəsddən öncə, İranın Qüds Qüvvələrinə tabe İraqın “Hizbullah” qrupu tərəfindən bir neçə dəfə təhdid edilib. O, bu təhdidlər barədə polisə və bəzi dostlarına bilgi verib.