İran

Əli Xameneyinin adından açıqlama yayılıb

İran mediası ölkə rəhbəri Əli Xameneyinin adından Məhsa Əmininin ölümü və baş verən hadisələrlə bağlı açıqlama yayıb.

Əli Xameneyinin sözləri olduğu iddia edilən açıqlamada bildirilir ki. gənc qızın öldürülməsi hamının ürəyini yandırır, lakin bu, iğtişaşlara əsas verməməlidir.

“Hadisənin təfərrüatları bilinmədən bir qrupun küçələrə çıxıb xalqın təhlükəsizliyinə xələl gətirməsi, “Quran”ı, hicabı, məscidi, bankı və avtomobilləri yandırması, hicablı qadınların başından çadraları atması doğru  hərəkət deyil”,- deyə, İran rəhbəri adından bildirilib.

Açıqlamada, təəssüf doğuran bir hadisəyə qarşı belə bir hərəkətlərin edilməsinin yersiz olduğu bildirirlir.

“Baş verənlər iğtişaşdır və bu öncədən Amrika və İsrail tərəfindən planlaşdırılıb”-deyə, açıqlamada bildirilir.

Qeyd edək ki, İran mediası Əli Xameneyinin bu gün, oktyabrın 3-ü səhər saatlarında İmam Həsən Müctəba adına Polis Akademiyasının tələbələrinin buraxılış mərasimində Əli Xameneyinin iştirak etdiyini iddia edib.

Məlumata görə, rəhbər silahlı qüvvələrin zabitlərinin buraxılış mərasiminə qatılıb.

Related Articles

Bir cavab yazın

Back to top button