Dünya

Ənvər Qarqaş Ərəb ölkələri ilə İsrail münasibətlərindən danışıb

“İmaratın İranın qarşısında durması üçün İsraillə sülhə ehtiyacı yoxdur. İran hökümətinin son 30 ildə apardığı təcavüzkar siyasət bir çox ərəb ölkəsində nigaranlıq doğurub. Onları İsraillə münasibətlərinə “yenidən baxmağa” vadar edib. İranın bölgədəki hərəkətləri bu addımın atılmasına təsir edib”. Bu sözləri ötən gün İmaratın Xarici İşlər üzrə dövlət müşaviri Ənvər Qarqaş deyib. O, Birləşmiş Millətlər Təşkilatının Ümumi Məcməyinin illik iclası çərçivəsində keçirilən onlayn toplantıda çıxış edib. Qarqaşın sözlərinə görə, İranın ərəb ölkələrinin İsraillə sülh razılaşmasına təpkisi “olduqca nigaran” idi. Müşavir vurğulayıb ki, başqa ərəb ölkələrinin də İsraillə sülh anlaşması imzalamaq üçün İmarat və Bəhreynə qoşulması barədə fərziyyə irəli sürməyəcək.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close