İran

Ərak zindanında məhkum edam edilib

Ərak zindanında məhkum edam edilib. Onun narkotik maddələrin alverində ittiham ediildiyi bildirilir.

İran İnsan haqları Təşkilatının verdiyi məlumata görə, avqustun 10-da Ərak zindanında narkotik maddələrin alverində ittilam edilən məhkum edam edilib.

37 yaşlı Mehdi Nurkərəminin edamı barədə İran məhkəmə sistemi və rəsmi dövlər mediası məlumat verməyib.

Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88 faizi barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri buna “gizli edam” adı veriblər.

İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, onların çoxunun rəsmi olaraq elan edilmədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button