Bölgəİran

Ərbildə İran PUA-sı qəzaya uğrayıb

Ərbildə İran PUA-sı qəzaya uğrayıb. Bu barədə “Əl-Ərəbiyyə” xəbər agentliyi məlumat yayıb.

“Əl-Ərəbiyyə” mənbələri İraqın Kürdüstan bölgəsinin mərkəzi Ərbil şəhərinin şimalında “İrana məxsus olduğu ehtimal edilən PUA-nın düşdüyü barədə məlumat yayıb.

Sentyabrın 27-də “Rudavu” peyk kanalı, Ərbil yaxınlığındakı “Çoman” bölgəsindəki kəndə pilotsuz təyyarənin hücumu barədə məlumat yayıb.

Çoman bölgəsinin yerli rəsmilərindən Şahvan Hüseyn sentyabrıən 27-i  səhər saatlarında İrana məxsus ola biləcək pilotsuz təyyarənin Mirke kəndinə düşdüyünü və bu hücumun kiçik yanğından başqa heç bir ziyana səbəb olmadığını bildirib.

Kürdüstan bölgəsinin bu rəsmisi bildirib ki, pilotsuz təyyarənin düşdüyü ərazidə İran kürd partiyalarının qərargahı yoxdur və vurulan ərazidə yaşayış olmayıb.

Bu, son bir neçə gündə Kürdüstan bölgəsinə SEPAH artilleriyası və dronları tərəfindən üçüncü dəfə hücum edilir.

Related Articles

Bir cavab yazın

Back to top button