Bölgə

Livan ziyalıları İranın işğalçılıq siyasəti ilə mübarizə aparmaq üçün “Milli Şura” yarad

Şura yanvar ayının 10-u ilk iclasını keçirib, şura sədri və üzvlərinin seçilməsi məsələsi müzakirə edilib.

Livanda siyasi və iqtisadi böhranın pisləşdiyi bir vaxtda bu ölkənin bir qrup siyasi, media və mədəni şəxsiyyəti İran işğalçılığı ilə mübarizə aparmaq üçün “Milli Şura” adlı yeni bir təşkilat yaratmaq istəyir.

“Aznews tv” xəbər verir ki, sözügedən şuranın əsas təşəbbüskarı Livan parlamentinin sabiq millət vəkili Fars Səiddir. O, 2005-ci ildə ümumi səfərbərlik yolu ilə Suriya qüvvələri tərəfindən Livanın işğalına son verməyi bacaran “14 mart” xalq hərəkatı qüvvələrini koordinasiya edib.

O və şuranın digər təsisçiləri inanırlar ki, İslam Cümhuriyyəti Hizbullah vasitəsi ilə Livanın qanuni dövlətini və orqanlarını işğal edib və bu ölkəni girov götürüb.

Şura yanvar ayının 10-u ilk iclasını keçirib, şura sədri və üzvlərinin seçilməsi məsələsi müzakirə edilib.

“İran İşğalçılığı ilə Mübarizə Şurası”nın ilk iclasından sonra mətbuat konfransı ilə şuranın fəaliyyətə başlamasının və məqsədlərinin elan edilməsi planlaşdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button