Dünya

Livanın “Hizbullah” və “Əməl” partiyasının liderləri hökuməti İranın təklifini dərhal qəbul etməyə çağırıblar

Livanın "Hizbullah" qruplaşmasının və "Əməl" hərəkatının liderləri Beyrut hökumətini İranın Livanın elektrik probleminin həll edilməsinə dair təklifini dərhal qəbul etməyə çağırıblar.

“Aznews tv”xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beyruta son səfərində ölkəsinin elektrik istehsalı sahəsində Livan hökuməti ilə əməkdaşlıq etməsini təklif edib.

Bundan öncə Amerikanın Beyrutdakı səfiri Livana elektrik enerjisinin Misir və İordaniyadan veriləcəyini vəd edib.

Xatırladaq ki, kəskin yanacaq çatışmazlığı səbəbi ilə elektrik enerjisinin ard-arda kəsilməsi ötən iki il ərzində Livandakı ən böyük problemlərdən biri hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button