Ərdəbil divarlarına siyasi məhbusu müdafiə məzmunlu şüarlar yazılıb.
Şəhərin bir çox məhəlləsinin divarlarına “Azərbaycanın öz qəhrəmanları var”, “Abbas Lisanini azad edəcəyik”, “Biz hamımız Abbas Lisaniyik”, “Abbas Lisaninin həyatı təhlükədədir”, “Abbas Lisani Azərbaycanın azadlıq tələbinin simvoludur” və digər şüarlar yazılıb.
Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.