![](https://www.aznews.tv/wp-content/uploads/2024/02/msg-1001850276670-19210-780x470.jpg)
Mədəni fəallar şəhərin əksər küçələri və ictimai yerlərində ana dili ilə bağlı yazılı vərəqələr yayıblar.
Vərəqələrdə İran hakimiyyətinin son 100 ildə qeyri-fars xalqlara və onların dilinə qarşı ayrı-seçkilik siyasəti barədə məlumat verilir. Bununla yanaşı, hakimiyyətin assimilyasiya siyasətinə baxmayaraq, Azərbaycan milli hərəkatının gücləndiyi, azərbaycanlıların tapdalanmış hüquqlarının tələbi ilə bağlı fəaliyyətlərin gündəmə gətirildiyi qeyd edilib.