Azərbaycanİran

Ərdəbildə divarlara etiraz şüarları yazılıb

Ərdəbildə divarlara hökumətin tətbiq etdiyi məcburi hicab qanununu boykot edən şüarlar yazılıb.

“Universitet qətlgah deyil” və “Qanunlarınızı mənim bədənimdən kənar saxlayın!” şüarlar Ərdəbil şəhərinin bir çox küçələrinin divarlarında qeyd olunub.

Fəalar divar yazıları ilə İran hökumətinin Universitetlərdə öyrəncilərə qarşı repressiyalarını, qadınların geyim tərzlərinə müdaxiləsini tənqid ediblər.

Qeyd edək ki, son günlər Universitet öyrəncilərinin etiraz aksiyalarına qoşulmasından sonra əksər ali təhsil ocaqlarında təhlükəsizlik və polis qüvvələri yerləşdirilib, dinc etiraz aksiyalarına qatıldıqlarına görə, yüzlərlə öurənci həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button