İran

Ərdəbildə həbs edilən fəallar müvəqqəti azadlığa buraxılıb

Ərdəbilin Ciral parkında Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən mitinqdə tutulan milli-mədəni fəallardan daha 8-i müvəqqəti azadlığa buraxılıb. Belə ki, onlar ümumilikdə 4 milyard tümən mülki vəsiqə qarşılığında ibtidai istintaq dövrünün bitməsinə qədər Ərdəbilin “Şaməsbi” həbsxanasından azadlığa buraxılıblar.
Həmin fəallar Əsgər Əkbərzadə, Əli Xeyrcu, Meysəm Colani, Murtaza, Müctəba və Mustafa Pərvin, Mehdi Huşmənd və Bəhmən Xeyrcudur. Onlara qarşı ibtidai istintaq dövründə “Rəhbərə tohin etmə”, “ictimai asayişi pozma” və “Dövlət məmurlarına tabe olmama” kimi ittihamlar irəli sürülüb.
Bir neçə gün öncə Təbrizin Şəhid Behişti məhkəməsinin 10-cu şöbəsinin hakimi Babək Nonəhal, fəallar barədə məlumat almağa gələn ailələri və yaxınlarını nalayiq ifadələrlə təhqir edib. Həmin vaxt milli- mədəni fəal Əli Xeyrcunun xanımı Əfsanə Əkbərzadə heç bir səbəb olmadan hakim Babək Nonəhalın göstərişi ilə tutuqlanıb.
Xatırladaq ki, bir müddət öncə digər milli-mədəni fəallar Hamed Heydəri Baris, Pərviz Siyabi Gürcan, Hüseyn Balaxani, Səccad Colani və Məhəmməd Colani hər biri 500 milyonluq ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Onların arasında ən yaşlısı Pərviz Siyabi Gərcani-nin bədənində ağır işkəncə izləri hələdə sağalmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button