Dünya

Ağrı dağının zirvəsindən dəstək yürüşü: “Azərbaycan, sizinləyik!”

Türkiyənin İğdır valiliyində Gənclik və İdman Nazirliyi tərəfindən “Azərbaycan, sizinləyik!” şüarı altında Ağrı dağının zirvəsinədək dəstək yürüşü keçirilib.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəstək yürüşü Ağrı dağının Metor çökəkliyindən başlanılıb.

Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqq savaşına, işğal altında olan torpaqlarının geri qaytarılması üçün mübarizəsinə həsr edilən dəstək yürüşündə daim Azərbaycanın yanında olduqları vurğulanıb. Korhan yaylasından Ağrı dağının 2 100 metr yüksəkliyinə qalxan yürüş iştirakçıları “Bir millət, iki dövlət”, “Azərbaycan, yanındayıq” şüarları səsləndiriblər.

Bundan başqa, dəstək yürüşündə İğdır bələdiyyəsinin sədri Engin Sarıibrahim, Türkiyə Silahlı Qüvvələrinin komandanı Yılmaz Doğan, İğdır şəhər prokuroru Oğuz Şükrü, Jandarma komandanı Mustafa Özdürhan və digər tanınmış ictimaiyyət nümayəndələri bu yürüşdə iştirak ediblər. Həmçinin, onlarla birgə 1000 -dən artıq türk vətəndaşı Türk və Azərbaycan bayraqları ilə Korhan yaylasına qədər olan 6,5 kilometr məsafəlik yolu qət ediblər.

Türkiyə Cumhuriyyətinin yaranmasının 97-ci il dönümü və Azərbaycan Ordusunun döyüş meydanlarındakı qələbə əzmi nümayiş etdirməsinə dəstək məqsədilə toplardan iki dəfə yaylım atəşi açılıb.

Related Articles

Bir cavab yazın

Back to top button