Ərdəbildə koronavirusla bağlı mərizxanaya yerləşdirilənlərin sayı rekord həddə çatıb. Belə ki, dünən gecə 105 nəfər mərizxanaya yerləşdirilib. Bununla da mərizxanaya yerləşdirilənlərin sayı 489-a yüksəlib. Daha 8 nəfər isə koronavirusdan həyatını itirib. Nəticədə Ərdəbildə koronavirusdan ölənlərin ümumi sayını 1491 nəfər olub. ICU-da isə 73 məriz müalicə olunur. Sağlıq baxanlığının məlumatına görə, Ərdəbil, Nəmin qırmızı, Muğan, Xiyo, Xalxal, Sərein, Biləsuvar, Germi narıncı, Nir və Köyü şəhristanları isə sarı durumdadır.