İran

Ərdəbildə mədəni irsin qorunması ilə bağlı işlər görülüb

Bu il fərhəngi miras üzrə pozuntuya yol verən şəxslərdən 844 əsər və əşya götürülüb. Bu əsərlərdən 301-i əsl və 543-ü bədəl olub. Məsələ ilə bağlı Ərdəbil Əyaləti Fərhəngi Miras, Turizm və Əl Sənayesi İdarəsi Qoruma Alayının fərmandehi sərhəng Sabir Əfzəl Nia bilgi verib. O, dəmirtapan qurğunun daşınması və saxlanılması ilə bağlı 10 faktın qeydə alındığını bildirib. 3 fakt tarixi məkanda icazəsiz axtarışın aparılması, 16-sı isə tarixi əsərlərə xəsarətin yetirilməsi ilə bağlı olub. Fərhəngi mirasların qorunması yönündə 27 pərvəndə təşkil olunub. Bu ilin ilk 9 ayında 4 dəfə tarixi və fərhəngi əsərin, 1 dəfə isə qazıntı bölgəsinin qorunması ilə bağlı işlər görülüb. Bildirək ki, Ərdəbil ən çox tarixi əsərləri olan ustandır. Dünyaca məşhur Şeyx Səfi Əddin Ərdəbili məcmuəsi ustanın ən adlım tarixi əsəridir. Şəhərin tarix müzəsi də orada yerləşir. Ərdəbildə bastanşünasi, əl sənayesi, xalqşünaslıq kimi səkkiz muzə var.

Related Articles

Bir cavab yazın

Back to top button