Azərbaycanİran

Ərdəbildə milli fəallar həbs edilib

Ərdəbildə milli fəallar həbs edilib. Onların bir neçəsi ötən həftə saxlanılsalarda həbsləri barədə məlumat oktyabrın 2-də təsdiqlənib.

Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan daha bir neçə nəfərin kimliyi məlum olub.

Halə İrşadi, İbrahim Pakdel, Rza Qurbani, Babək Həmrəng, Əmir Qazizadə və Səccad Məcidinin etiraz aksiyaları ilə bağlı həbs edildikləri təsdiq olunub.

Bununla yanaşı oktyabrın 2-də daha 3 milli fəalın saxlanıldığı barədə məlumat verilib.

Səccad Qanepur Müqəddəm, Məhəmməd Colani və Yasir Colani Ərdəbi-Səreyin yolunda mülki geyimli təhlükəsizik məmurları tərəfindən həbs ediliblər.

Onların şəxsi avtomobillərinin məmurlar tərəfindən müsadirə edildiyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button