İran

İran İnsan Haqları Təşkilatı: “Etiraz aksiyalarında 141 nəfər ölüb”

İranda baş verən etiraz aksiyalarında ölənlərin sayı açıqlanıb. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Təşkilat öz hesabatında İranda davam edən etirazlarda azı 141 nəfərin öldüyünü bildirib.

İran İnsan Haqları Təşkilatı onların 52 nəfərinin sentyabrın 30-da Zahidan şəhərində törədilən qətliamda öldüyünü yazıb.

“İranda nümayişçilərin öldürülməsi, xüsusilə də Zahedanda baş verən kütləvi qırğın insanlığa qarşı cinayətin bariz nümunəsidir”-Təşkilatının direktoru Məhmud Əmiri Muqəddəm belə deyib.

Bəluç fəalların yaydığı məlumatlarda Sistan-Bəluçistan əyalətində hökumət qüvvələrinin öldürdüyü etirazçı sayının elan olunan rəsmi rəqəmlərdən bir neçə qat çox olduğu qeyd olunub.

Qeyd edək ki, İranda davam edən hökumət əleyhinə etirazlar sentyabrın 16-da “Əxlaq” polisi tərəfindən Məhsa Əmininin öldürülməsi ilə başlayıb və hələ də davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button