Azərbaycan

Ərdəbildə milli-mədəni fəallar Əfşar Mohebblə görüş keçiriblə

Yenicə həbsdən çıxmış olunmuş fəalla görüş keçirilib.

Yanvarın 21-də bir qrup ərdəbilli milli-mədəni fəal yanvarın 19-da 50 milyon tümən girov qarşılığında Ərdəbil zindanından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılan Əfşar Mohebblə görüş keçiriblər.

Görüşdə Əfşar Mohebb səxlanılması və qanunda nəzərdə tutulan girov qarşılığında prokurorun onun azadlığa buraxılmasına icazə verməməsindən danışıb və həbsdə olduu müddətdə milli-mədəni fəalların müxtəlif yollarla onun və ailəsinin yanında olmalarından mənmun olduunu ifadə edib.

Görüşdə gündəlik məsələlər və Azərbaycanın ictimai, iqtisadi və mədəni problemləri müzakirə olunub.

Qeyd edək ki, ərdəbilli milli-mədəni fəal Əfşar Moheb 19 yanvar axşam saatlarında 50 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

O, dekabrın 22-də Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda” və “hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğu üçün Ərdəbil zindanına köçürülüb.

Mohebb bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və ETTELAAT təcridxanasına aparılaraq dindirilib, təhdid edilib və sonradan sərbəst buraxılmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button