Azərbaycan

Ərdəbildə müəllimlərin etiraz aksiyası başlayıb

Etirazçılar Ərdəbil əyalətinin Baş Təhsil İdarəsinin qarşısına toplaşıblar.

Ərdəbilli sosial media fəalları əyalətin mərkəzi Ərdəbil şəhərində müəllimlərin Baş Təhsil İdarəsinin qarşısına toplaşdıqlarını və etiraz aksiyasına başladıqlarını bildirirlər.

İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra, ərdəbilli müəllimlər  yanvarın 13-ü, səhər saatlarından Baş Təhsil İdarəsinin qarşısına toplaşaraq hüquqlarının pozulmasına etiraz edib, “Müəllim ölər ancaq zilləti qəbul etməz” kimi şüarlar səsləndirməyə başlayıblar.

Müəllimlərin etiraz aksiyası Həmədan, Təbriz, Ərdəbil, Zəngan, Xurrəmdərə, Bukan şəhərləri ilə yanaşı İsfahan, Tehran, Məşhəd, Şiraz, Behbahan, Kərəc və İranın onlarla başqa şəhərində davam edir.

 

Related Articles

Bir cavab yazın

Back to top button