İran

Ərdəbildə tarixi qəbirlərin daşları dağıdılır

Qəriblər, Ərdəbil şəhərinin içərisində yerləşmiş qəbiristanlığın adıdır və bu şəhərin Ana meydanından aşağı qədim Qəriblər məhəlləsində yerləşir.
Orada basdırmağa yer az olsa da, hələ də kəfənləmə-basdırma işləri olunur, ona görə də qədim qəbirlərin çoxu məhv edilib.
Qəriblər Qəbiristanlığında çoxlu tanınmış böyük adamlar, ağ saqqallar, qadın və kişi alimlər, hünərməndlər, habelə İran-Əraq cəngində ölən gənclər basdırılıb.
Bu qəbiristanlıq 1357-ci ildə bölünmüş deyildi. İnqilabdan sonra ortasından keçən xiyavan salındı və bununla da çoxlu qədim qəbirlər dağıldı. Bir neçə ay sonra da onun yarısının birində piyada keçidi salındı və qədim qəbirlərin daha da dağılmasına səbəb oldu.
İndi 2 ildən artıqdır ki, Ərdəbil Şəhrdarisinin Qəbiristanlıqlar Sazimanı Qəriblər Qəbiristanlığını da sair, o cümlədən Dik Başı, Cəcin qəbiristanlıqları kimi, dağıtmağa başlayıb.
Ora gedənlərin dediyinə görə daxil olanda qum-çınqıl, siman və şəhər zibilləri ilə doludur, qəbirlərin qranit və mərmər daşları və kərpicləri qırılıb.
Amma tamamilə türkcə yazısı olan qəbir daşları əmdən dağıdılıb. Xüsusilə də məsulların düşündüyünə görə İranın hakimiyyətinə toxunan türkcə sözlər yazılmış qəbirlər tamamilə dağıdılıb.
Şəhər sakinləri deyilər ki etirazlarını bildiriblər, amma məsullar etirazlara qulaq asmır və hətta ölənlərin adamlarına dağıtmağa görə məbləğ də ödənilmir.
Ərdəbilin qədim qəbirlərində və təpəliklərində tapılmış tarixi əşya bölgənin tarixi, sünnətləri, fərhəngləri, rüsumlarını öyrənməyə istifadə oluna bilən önəmli vasitələrdir. amma Ərdəbilin Şəhrdarisi qəbristanlıqları eyniləşdirmə projəslərini bir birinin ardınca icra edir və qədim qəbir daşları saxlanılmır, yeni və eyni görünən daşlarla dəyişir.

Related Articles

Bir cavab yazın

Back to top button