İran

Ərdəbildə uşaqlara türk adlarının qoyulması qadağasına etiraz

Mehrin 1-də Ərdəbildə mədəni fəallar şəhər boyu divarlara yazılar yazıblar. Bununla onlar İranda uşaqlara türk adlarının qoyulması qadağası siyasətinə etirazlarını dilə gətiriblər.
Divar yazılarının mətnlərində “Ayıl!” sözü geniş istifadə olunub. Ərdəbilli incəsənət adamı Səccad Cövlaniyə aid videofayl paylaşımından sonra məcazi şəbəkələrdə gündəmə çevrilən ictimai media istifadəçilərinin etiraz həştəqindən götürülüb.
Səccad Cövlani şəhərin Səbt Əhval İdarəsinin qarşısında qeydə aldığı videoda bildirib ki, qızına qoyduğu “Ayıl” adı həm Ərdəbil şəhərinin məsulları, həm də Tehrandakı aidiyyatı qurumlar tərəfindən rədd edilib.
O, bu qanuni haqqından heç vaxt keçməyəcəyini vurğulayıb.
Səccad Cövlani, habelə oyanma mənasını verən “Ayıl” adının qoyulmasına müvafiq orqanlar tərəfindən icazə verilməməsini adın sırf türkcə olması ilə ilgiləndirib.
O, hesab edir ki, İran hökuməti xalqın bilgilənməsi, eləcə də oyanışına qarşıdır və daim bundan çəkinir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close