İran

Ərdəbildə yeni istirahət məkanı salınacaq

Ərdəbilin paadqanı turistlərin əyləncə məkanına çevriləcək. Belə ki, Ərdəbil Ustanı Fəhəngi Miras, Turizm və Əl Sənayesi Sazimanının müavini Kərim Lütfi Ərdəbilin padqanının milli əsərlər listində səbt olunduğunu bildirib. Onun sözlərinə görə, ərazidə fərhəngi, hünəri və idman fəaliyyətləri məkanı salınacaq. Kərim Lütfi bildirib ki, koronavirus səbəbindən ustanın fərhəngi miras və gəzinti mərkəzlərində, xüsusilə Səreyinə turistlərin səfərləri azalıb. Qurumdan verilən məlumata görə, ərazidə istirahət məkanı olmadığından burada müvafiq dəyişikliklərin edilməsi planlaşdırılır. Padqanın 28 hektar ərazisinin yerli əhalinin istifadəsinə veriləcəyi açıqlanıb. Kərim Lütfi Ərdəbil ustanında edilən mərəmmətlər barədə də fikir bildirib. Belə ki, mərəmmət üçün 9 projənin hazırlandığı, bir neçə tarixi ev və mədrəsənin muzə kimi fəaliyyət göstərəcəyi bildirilib. Saziman rəsmisi 1399-cu ildə Xiyavın Əhmədbəyli Səddinin hüdudlarında olan Qara Bulaq çevrələri, Xiyavın Qara Bulağ qəbristanlığı, Xiyavın Qızıl Qalası və 1398-ci ildə Ərdəbilin Cümə Məscidi, Ərdəbilin Kül Təpəsi, Xiyavın Fəxrabadı və Səreyinin Atəşgah Təpəsində də axtarış qazıntılarının aparıldığını deyib. Qeyd edək ki, Şəhəryerinin pənel örtüklü sahəsi milli əsərlər listində səbt olunub və Ərdəbil Ustanının icra olunacaq bərnamələrindən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button