Azərbaycanİran

Ərdəbilli sosial media fəalı Tehranda həbs edilib

Təhlükəsizlik məmurları Ərdəbil şəhərindən olan və Tehranda yaşayan sosial media fəalı Hüseyn Şənbəzadəni həbs edərək naməlum yerə aparıblar.

Bu barədə onun qardaşı Həsən Şənbəzadə məlumat yayıb.

“Qardaşım qısa telefon əlaqəsi zamanı həbs olunduğunu desə də, harada saxlanıldığını bildirə bilməyib”, – deyə fəalın qardaşı bildirib.

Onun həbs səbəbi barədə məlumat verilməsə də, Şəmbəzadənin sosial mediadakı paylaşımlarına görə saxlanıldığı ehtimal olunur.

Ərdəbilli fəal bundan əvvəl də sosial mediadakı paylaşımlarına görə həbs edilib və bir müddət sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Bundan əvvəl o “hökumətə qarşı təbliğat” və “rəhbəri təhqir etmək”də günahlandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button