İran

Əziz Purvəlinin məzar daşı söküldü

Güney azərbaycanlı mərhum milli fəal Əziz Purvəlinin məzar daşı naməlum şəxslər tərəfindən sökülüb. Sökülən məzar daşının üzərində Azərbaycan türkcəsində etiraz məzmunlu şeir yazıldığı bildirilib. Ötən aylarda İranın təhlükəsizlik orqanları bu məzar daşının dəyişdirilməsini iatənilmişdi. Qeyd edək ki, İranda hakimiyyətə qarşı mübarizə aparan siyasi, milli fəalların, başqa dinlərə mənsub insanların məzarını dağıtmaq və təhqir etmək yaxın tarixdə dəfələrlə təkrarlanıb. Xatırladaq ki, Əziz Purvəli 2019-cu il mayın 23-də Təbrizdə vəfat edib. Təbrizin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb. Mərhumun dəfn mərasimi ərəfəsində İran təhlükəsizlik qüvvələri milli fəallara təzyiq göstərərək onlardan bir neçəsini tutuqlayıb. Əziz Purvəli Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparıb. Bu səbəblə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Habelə müxtəlif təzyiqlərə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button