AzərbaycanMəqalələr

Təbriz orta əsrlərdə – Teymurilər dövrü (1370-1507)

Beynəlxalq ticarət yolları uğrunda gedən mübarizə Cəlayiri dövlətini mərkəzi Asiyada Cığatay ulusunda yüksələn Teymuri dövləti (1370-1507) və Qızıl Orda dövlətinin rəqabət meydanına çevirdi.

1385-ci ilin sonunda Azərbaycana hərbi yürüş edən Qızıl Orda xanı Toxtamış Təbrizi hiylə yolu ilə alsa da, Teymurun hücum təhlükəsi qarşısında 1386-cı ilin yanvarında şəhəri, o cümlədən Azərbaycanı tərk etdi.

1386-cı ildə Azərbaycan Teymur tərəfindən işğal edildi. 1392-ci ildə ikinci səfərindən sonra Təbrizi və Hülakü dövlətinin idarəsini Teymur oğlu Miranşaha verdi. 1399-cu ildə üçüncü dəfə yürüş edən Teymur Miranşahın Azərbaycandakı idarəsinə son qoyub buranın idarəsini nəvəsi Ömər Mirzəyə verdi.

1405-ci ildə Teymurun ölümündən sonra Təbriz Teymuri Əbubəkr, Şirvanşah İbrahim Dərbəndi (1382-1412) və Cəlayiri Sultan Əhməd arasında mübarizə meydanına çevrildi. Müttəfiqi Qaraqoyunlu Qara Yusifin köməyi ilə onları dəf edən Sultan Əhməd (1382-1410) Qara Yusiflə mübarizədə məğlub oldu. Təbriz yeni yaranmış Qaraqoyunlu Baharlı sülaləsinin paytaxtı oldu.

Related Articles

Bir cavab yazın

Back to top button