Dünya

Reuters: Amerika İrandan nəft alışını azaltmaq üçün Çinlə danışıqlar aparıb

Amerika və Avropa rəsmiləri çərşənbə axşamı günü Reuters -ə bildiriblər ki, Amerika İrandan xam nəft alışını azaltmaq üçün Çinlə danışıqlar aparır. Amerika İranı Otrişin paytaxtı Vyəndə atom anlaşmasının canlandırılması ilə bağlı danışıqlara qaytarmağa çalışır.

Reuters bildirir ki, Çin şirkətləri Amerika təhrimlərinə baxmayaraq İran nəftini almağa davam edir və bu üzdən İran iqtisadı Amerikanın geniş təhrimləri qarşısında tab gətirə bilib.

Adının açıqlanmasını istəməyən Amerikanın yüksək rəsmi məqamı Reuters -ə bildirib ki, “Bizim Çin şirkətlərinin İrandan nəft alışından xəbərimiz var”.

O habelə deyib ki, biz indiyə qədər İrana qarşı təhrimlərdən yan keçilməsinə, o cümlədən Çinlə ticarət edənlərə qarşı öz təhrim qoymaq səlahiyyətimizdən istifadə etmişik və lazım gələrsə bundan istifadə etməyə davam edəcəyik.

Amerikanın rəsmi məqamının sözlərinə görə, bununla belə, biz İranla bağlı apardığımız danışıqlar və yürütdüyümüz siyasət çərçivəsində çinlilərlə bu məsələni diplomatik şəkildə gündəmə gətirdik.

Related Articles

Bir cavab yazın

Back to top button