Dünya

AMERİKA ÇİNDƏN KANADA VƏTƏNDAŞLARININ AZAD OLUNMASINI İSTƏYİB

Amerika Çindən iki Kanada vətəndaşının dərhal azad olunmasını istəyib. Amerikanın xarici işlər vəziri Mayk Pompeo bazar ertəsi Çin hökümətini casusluqda günahlandırılan iki Kanada vətəndaşını dərhal azad etməyə çağırıb. O, iki nəfərin tutulmasını ədalətsiz adlandırarlb. Vəzir Vaşinqtonun bundan “dərin nigaran” olduğunu vurğulayıb. Çin Dadsitanlığı xordadın 30-da ölkədə bir ildir həbsdə saxlanılan iki Kanada vətəndaşının “casusluq” etdiyini açıqlayıb. Çin məqamlarının sözlərinə görə, kanadalı iş adamı Mayk Spaver və Beynəlmiləl Böhran Qrupunda işləyən keçmiş diplomat Maykl Koveriq “dövlət və ittilaat sirləri”ni verməklə casusluq ediblər. Pompeo bu həbsləri “siyasi və tamamilə əsassız” adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button